AZ

Elxan Məmmədov FIFA-da yeni vəzifəyə təyin olundu

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin azərbaycanlı direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.

Arena.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

O, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.

AFFA-nın sabiq icraçı vitse-prezidentinin müavini isə İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Jelson Fernandes olub.

Xatırladaq ki, Elxan Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq. O, 2022-ci ilin aprel ayından FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə Departamentinin direktoru kimi fəaliyyət göstərirdi. Ona qədər Məmmədov uzun illər AFFA-da çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
49
arena.az

10Mənbələr