Dövlət Turizm Agentliyinin “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğunda Mədəniyyət evinin bərpası üzrə layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması tenderi ləğv olunub.
FED.az xəbər verir ki, ləğv olunma səbəbi Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.
Bu da Dövlət Satınalmalı haqqında qanunun 36.1.1-ci maddəsi ilə tənzimlənir.
Həmin maddəyə görə bu qanunun 45.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma komissiyası satınalmanın ləğv edilməsi haqqında qərar qəbul edir: