"Neftçi" İdman Klubunun basketbol komandası daha iki oyunçunun keçidini rəsmiləşdirib.
Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ vətəndaşı olan Ayzah Luis və Kevion Bleylok heyətə cəlb edilib.
Onlar ötən mövsüm müvafiq olaraq Finlandiyanın “Huima” və Avstraliyanın “Alburi” klublarında çıxış ediblər.
Qeyd edək ki, "Neftçi" ötən gün daha iki oyunçunun transferini açıqlamışdı.