AZ

"Danışıqlar aparıldı ki, hansı rayon nə vaxt verilsin" - Erməni nazir

"Qarabağ "keçmiş prezidentin" imzası ilə təhvil verilib, onun imzası ilə bütün dövlət orqanları ləğv edilib". "DogruXeber.az" xəbər verir ki, bunu Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu hadisə həmin şəxsin "Dağlıq Qarabağın prezidenti" oldmasından 10-15 gün sonra baş verib: "Bu elə bir proses idi ki, ən azı Ermənistanın ikinci və üçüncü prezidentləri, onların komandaları saray çevrilişi baş verəndə nəinki salamlaşdılar, hətta sevincdən az qala havaya atıldılar. Bizə söz vermişdilər ki, görək Qarabağda hansı siyasət aparılacaq və biz bunu gördük. Cəmi 10 gün ərzində ikinci və üçüncü prezidentlərin komandaları uğurla bütün qurumları ləğv etdilər, bundan sonra da DQ-ni ləğv etdilər". Papoyan həmçinin bildirib ki, həmin qüvvələr Ermənistan hakimiyyətinə təzyiq göstərirlər. Onun sözlərinə görə, keçmiş prezidentlərin onilliklər ərzində apardığı danışıqlar yalnız Qarabağın və ətraf ərazilərin nə vaxt və necə veriləcəyi ilə bağlı olub: "Onlar Dağlıq Qarabağın verilməsi ilə bağlı danışıqlar apardılar, lakin Ermənistana gəldilər, dedi-qoduya başladılar, müxtəlif növ alimləri, saray jurnalistlərini işə götürdülər, onlar qeyri-mifizm ideyasını cəmiyyətdə yaydılar. Arxada isə danışıqlar aparıldı ki, hansı rayon nə vaxt verilsin.Artsaxın bizim olmasını çox istərdim, amma arzularım haqqında danışmaq istəmirəm. İstəklərimizi siyasətin prioritetinə çevirməyə haqqımız yoxdur, vəzifəmiz real siyasətlə hərəkət etmək, Ermənistanın 29.743 kv.km ərazisinin möhkəmləndirilməsi, ölkəmizin milli sərhədlərinin möhkəmləndirilməsi və problemin həlli ilə hərəkət etməkdir".

Seçilən
89
1
dogruxeber.az

2Mənbələr