Güney azərbaycanlı ekoloq Əhməd Baybordi ardıcıl olaraq üçüncü dəfə dünya alimlərinin ilk iki faizinin siyahısına daxil edilib.
Gunaz.tv
Bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.
Əhməd Baybordi Şərqi Azərbaycan Kənd Təsərrüfatı və Təbii Sərvətlər İdarəsinin Tədqiqat və Təhsil Mərkəzinin keçmiş rəhbəridir.
O, Azərbaycan əyalətlərində ekoloji problemləri, xüsusilə Urmiya gölü ilə bağlı araşdırmaları və çıxışları ilə tanınır.
Əhməd Baybordi, Şərqi Azərbaycanın Qaradağ meşələrinin məhv edilməsi, Ermənistanın Araz çayını çirkləndirməsi sahəsindəki fəaliyyətlərinə, hakimiyyəti bunun qarşısını almamaqda ittiham etdiyinə görə təzyiqlərlə üzləşib.
Azərbaycanlı ekoloq bir müddət əvvəl başçılıq etdiyi mərkəzin rəhbərliyindən uzaqlaşdırılıb, hazırda heç bir dövlət idarəsinə işə götürülmür.