AZ

Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qarabağ antiterror əməliyyatı” adlı virtual kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin başlanma səbəbi, döyüşlərin baş verdiyi ərazilər, aparılan sülhməramlı danışıqlar və onların nəticələri haqqında geniş məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Qarabağda gedən döyüşlərdən, şanlı Zəfər tarixindən bəhs edən “Heydər Əliyev-İlham Əliyev. Azərbaycançılığın zəfər yolu”, “Qarabağ dastanı”, “Zəfər memuarları”, “Qarabağ ulu Vətənimiz”, “Zəfər yolu”, “Böyük qayıdış”, “Zəfər nəğməsi Şuşa” kimi 20-ə yaxın kitabın qısa annotasiyası təqdim edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
kulis.az

2Mənbələr