Türkiyənin xarici işlər naziri Hakan Fidan S-400 və F-35 məsəələri ilə bağlı ciddi açıqlama verib.
Ölkə.Az xəbər verir ki, nazir Hakan Fidanın sözlərinə görə, haqqında danışdığımız əsas məsələ CATSA qanunlarıdır. "Onlar müxtəlif yollarla bu sanksiyaları tətbiq edirlər. Həmin qanunun hansı şəraitdə tətbiq olunduğu ilə indiki şərtlər fərqlidir", - o qeyd edib.
Problemlərin həlli istiqamətində danışıqlar getdiyini deyən nazir əlavə edib ki, hər iki tərəfdən müxtəlif varinatlar və təkliflər var. "Çünki alacağımız məhsuldan asılı olmayaraq danışıram.
CATSA ilə bağlı problemi həll etməyə çalışırıq. Yekun qiymətləndirmə orqanı Milli Müdafiə Nazirliyimizdir", - nazir bildirib.
Qeyd edək ki, BBC-də S-400 sistemlərini aldığına görə Türkiyə ilə ABŞ, NATO arasında yaranmış gərginliyə həsr olunan məqalə dərc olunub.
Mürtəza
Ölkə.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta