İsrail İranın hücumuna cavab hazırlayıb. Amerikalı diplomatlar bunun ABŞ prezident seçkilərindən əvvəl baş verəcəyini gözləyirlər.
Referans.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə CNN-ə telekanalın anonim mənbəsi bildirib ki, oktyabrın 1-də baş vermiş hücuma İsrailin cavab planı artıq hazırdır.
CNN də şərh üçün İsrail Müdafiə Nazirliyinə müraciət edib.
Baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail rəsmiləri ABŞ-ı əmin ediblər ki, İrana qarşı əks-hücum neft və ya nüvə obyektlərinə deyil, hərbi hədəflərlə məhdudlaşacaq.
Eyni zamanda, nəşrin yazdığına görə, Amerika rəsmiləri noyabrın 5-i ABŞ prezident seçkiləri gününə qədər İsrailin İran hücumunun qisasını alacağını gözləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta