AZ

İnsanın nə zaman öləcəyini xəbər verən tətbiq yaradıldı

“Ölüm vaxtı” süni intellekt tətbiqi insanların sağlamlığına və yaşayış vərdişlərinə əsaslanaraq ölümün dəqiq vaxtını proqnozlaşdırmağı vəd edir.

Yenicag.az xəbər verir ki, illik istifadə üçün 40 dollara satılan “Ölüm saatı” adlı proqram sağlamlıq və həyat vərdişləri ilə bağlı suallar verir və insanın bioloji yaşını təyin edərək, ölüm vaxtını proqnozlaşdırdığını iddia edir.

Tətbiqin tərtibatçıları bildiriblər ki, məqsəd insanları daha sağlam yaşamağa təşviq etməkdir. Tətbiqi “oyanma həyəcanı” olaraq xarakterizə edən tərtibatçılar istifadəçiləri daha uzun yaşamaq üçün həyatlarında mənalı dəyişikliklər etməyə istiqamətləndirməyi hədəfləyirlər.

Proqramın yaradıcısı Brent Franson deyib ki, müasir dünyada səhiyyə xidməti yalnız sağlamlıq problemləri yarandıqda və çox gec olduqda işə düşür.

Tətbiqdə insanın sağlamlıq vəziyyətinə uyğun olaraq ömrünü uzadan təkliflər də sıralanır. Tətbiqdə qan testləri, genetik xüsusiyyətlər və digər sağlamlıq məlumatları da qiymətləndirilir.

Texnologiya saytı CNET redaktoru Amanda Kooser “Ölüm saatı” (Death Clock) tətbiqini sınadığını və “2043-cü ildə öləcəyi” proqnozunu görəndə həyat vərdişlərini dəyişməyə qərar verdiyini söyləyib.

İsmayıl Bakuvi

Seçilən
48
4
yenicag.az

4Mənbələr