AZ

Almaniya Ukraynaya təcili 400 milyon avro ayırır – “Dəstək artırılmazsa...”

Almaniya Ukraynaya təxminən 400 milyon avro məbləğində hərbi yardımı təsdiqləmək niyyətindədir.

“AzPolitika” “Reuters” agnetliyinə istinadla xəbər verir ki, cəbhədə vəziyyətin pisləşməsi ilə əlaqədar Ukraynaya dərhal vəsait ayrılması qərara alınıb.

Xəzinədarlığın məktubunda deyilir: “Ukraynada hərbi vəziyyətin davamlı olaraq pisləşməsi ilə əlaqədar olaraq, maddi dəstəyi əhəmiyyətli dərəcədə artırmasa, Ukraynanın müdafiə kampaniyasında məğlubiyyətə uğraması riski var”.

Maliyyə Nazirliyi Müdafiə Nazirliyinin müraciəti əsasında parlamentin aşağı palatasının büdcə komitəsindən əlavə xərclərin təsdiqlənməsini xahiş edir.

Xəzinədarlıq bildirib ki, bu xahiş dərhal yerinə yetirilməlidir ki, tədbirlər 2024-cü ildə həyata keçirilsin və ilin qalan hissəsinə təsir göstərə bilsin.

2024-cü ildə Almaniyanın Ukraynaya yardımının büdcəsi təxminən 8 milyard avro təşkil edib.

“AzPolitika.info”

Seçilən
3
3
azpolitika.info

4Mənbələr