Mauro İkardi "Qalatasaray"ın "Adana Demirspor"u 5:1 hesabı ilə məğlub etdiyi oyunda zədələnmiş və müalicəsi üçün ölkəsinə getmişdi.

Offsideplus.az xəbər verir ki, Türkiyəyə dönən argentinalı ulduz "Fənərbağça" ilə görüşə hazırlaşan "sarı-qırmızılar"ın son məşqində iştirak edib.

Okan Buruk daha öncə açıqlamasında İkardinin derbidə meydana çıxmayacağını və tam sağalması üçün 7-10 gün vaxtın lazım olduğunu bildirmişdi.

Qeyd edək ki, İstanbul nəhəngləri sentyabrın 21-də üz-üzə gələcək.