Son bir həftə ərzində İraq və Suriyanın şimalında aparılan əməliyyatlarda separatçı terror təşkilatı PKK/YPG-nin 50 üzvü zərərsizləşdirilib. Bu barədə Milli Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib.
Yanvarın 1-dən bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 2013-ə çatıb. Onlardan 1017-si İraqın şimalında, 996-sı isə Suriyanın şimalında zərərsizləşdirilib.