“Bayern”in hücumçusu Mateys Til bilir ki, bu mövsüm onun üçün əsas heyətə düşmək çətin olacaq.Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, fransalı futbolçu müntəzəm oyun təcrübəsi əldə etmək üçün yanvarda icarəyə verilə bilər.Til müqavilə müddətini 2029-cu ilə qədər uzatdıqdan sonra “Bayern”lə ciddi danışıqlar aparıb və bir neçə icarə variantına baxmayaraq, klubda qalmağa qərar verib.Daha əvvəl bildirilmişdi ki, 19 yaşlı forvard İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta