AZ

Cib telefonlarını bu şəkildə partlatmaq mümkündür - Mütəxəssislər açıqladı

Kibertəhlükəsizlik mütəxəssisləri Livanda 9 nəfərin ölümü, 3 minə yaxın insanın yaralanması ilə nəticələnən peycer hücumunu qiymətləndirib.Bolgə.TV xəbər verir ki, müharibə tarixində ilk dəfə baş verən bu hücum təkcə təsiri ilə deyil, həyata keçirilmə üsulu ilə də dünya gündəmindədir.Kibertəhlükəsizlik mütəxəssislərinin verdiyi məlumata görə, peycer və ya cib telefonu kimi hər kəsin sahib olduğu texnologiya cihazları bu gün kibertəhlükəsizlik baxımından risk yaradır. Belə ki, SİM kart və internetə çıxışı olan bütün cihazlar ələ keçirilə bilər.Bəs bu qurğular uzaqdan necə partladılır?İçərisində olan kimyəvi maddələr uzaqdan verilən əmrlə cihazı qızdıraraq aktivləşdirilir. Bu şəkildə batareyanı partlatmaq mümkündür. Lakin bu batareyalar kiçik olduğu üçün onların ölümcül ziyan vurması mümkün deyil. Müdafiə sənayesi mühəndisləri isə smartfonların daxili mühafizəyə malik olduğunu və onların batareyalarının uzaqdan partlaya bilməyəcəyini bildiriblər.Peycerlər ağıllı cihaz olmadığı üçün uzaqdan idarəetmə yalnız fiziki müdaxilə ilə mümkündür. Livan hadisəsində sifarişin bir şəkildə izlənildiyi, istehsal sahəsindəki peycerlərə və ya tədarük zəncirinin bir nöqtəsində 15-20 qram partlayıcının yerləşdirildiyi və bu partlayıcıların bir mesajla aktivləşdirildiyi ehtimal edilir.Mobil telefon internetə qoşulmuş hər hansı digər cihaz kimi uzaqdan idarə oluna bilər. Bu, kompüterlər, ağıllı avtomobillər, soyuducular və televizorlar kimi bir-biri ilə danışan bütün ağıllı cihazlara da aiddir. Kiçik cihazlardakı batareyalar uzaqdan işə salınsa belə, ölümcül zərər verə bilməz. Bununla belə, təhlükəsizlik problemi yarada bilər. Buna görə də internetə çıxışı olan hər bir cihazda kibertəhlükəsizlik olmalıdır.

Seçilən
29
2
bolgexeber.az

3Mənbələr