AZ

"ABŞ və Qərb dövlətləri Ermənistana göstərilən hərbi dəstəyə göz yumur" - NƏ ETMƏLİ?

"ABŞ dövlət katibi Blinken bir neçə gün əvvəl cənab prezidentə zəng edərək Cənubi Qafqazda baş verən prosesləri, eyni zamanda Ermənistanla Azərbaycan arasında yaranmış vəziyyəti müzakirə etdi. Cənab prezident xüsusi olaraq vurğuladı ki, Cənubi Qafqazda və Ermənistan və Azərbaycan arasında münasibətlərin normal olması, sülh və sabitlik şəraitində yaşamaq amalının olması üçün Azərbaycan təşəbbüs göstərir.Ermənistan tərəfə də, Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təşəbbüslə çıxış edib. Azərbaycan Ermənistan konstitusiyasında müəyyən düzəlişlərin edilməsini təklif etmişdi. Ermənistan konstitusiyasında müəyyən düzəlişlərin olunması ilə bağlı Ermənistanın baş naziri göstəriş vermişdi. Komissiyanın tərkibində müəyyən dəyişikliklər olmuşdu"Bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Politoloq qeyd edib ki, əsas məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və onun ümumiyyətlə buraxılması idi.“Bu qrup ləğv olunmalıdır. Həm Azərbaycan, həm də Ermənistan təsdiq edə bilər ki, ATƏT-in Minsk qrupu ümumiyyətlə fəaliyyət göstərmədi və sülhə doğru heç bir addım atılmadı. Azərbaycan öz hərbi gücü hesabına beynəlxalq hüquq normaları çərçivəsində öz ərazilərini və suverenliyini təmin etdi. Bütün bunlar Blinkenin diqqətinə çatdırıldı. Gələcəkdə regionda ölkələrin sülh və sabitlik çərçivəsində yaşaması üçün mütləq şəkildə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması əsas məsələ kimi göstərildi. Blinken cənab prezidentin və Azərbaycan dövlətinin bu addımlarını alqışladığını və təqdirə layiq hesab etdiyini bildirdi”-deyə politoloq vurğulayıb.Ramiz Alıyev qeyd edib ki, Blinken və Qərb dövlətləri Ermənistana hər hansı bir təsirlə bağlı əməli addımlar atmırlar və Ermənistanın silahlanmasına göz yumurlar. Eyni zamanda Ermənistana müəyyən humanitar yardımlar göstərilir. Heç bir beynəlxalq təşkilat Azərbaycanda mina təmizləməyə öz dəstəyini göstərmir.“Başqa ölkələrdə bu problemlər olanda həmin ölkələrə humanitar yardımlar göstərilir və texniki məsələlərlə dəstək verilirdi. Bu gün Ukraynaya mina təmizlənmə ilə bağlı müəyyən qruplar göndərilir, dəstək göstərilir. Təəssüflər olsun ki Azərbaycana bu dəstək göstərilmir”-deyə politoloq bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
dia-az.info

1Mənbələr