AXCP-də “yarpaq tökümü” başladı. Əli Kərimlinin avtoritar rejim yaratdığı partiyanın kiçilərək, virtual fəaliyyətə keçdiyi partiyada funksionerlər ard-arda istefa verir. AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusifli partiyadan istefa verdiyini açıqlayıb. Buna səbəb Əli Kərimlinin həyata keçirdiyi siyasətdir.
A.Yusifli bildirib ki, istefa verməsinə səbəb “xroniki boykotdur”.
Əli Kərimlinin “xroniki boykot” siyasəti ölkənin siyasi cameəsində sərt tənqid olunur. Çünki hər bir partiyanın missiyası siyasi mübarizə aparmaqdır ki, bunun da başlıca yolu seçkilərə qatılmaqdır. Əli Kərimli isə artıq onilliklərdir heç bir seçkidə iştirak etmir. Bu ona partiyadakı postunu qorumaq imkanı verir, çünki seçkiyə qatılacağı təqdirdə biabırçı formada məğlub olacaq. Amma seçkidə qatılmadan klaviatura arxasından radikal çıxışlar etməklə özün “əsas fiqur” kimi saxlamağa çalışır. Asif Yusiflinin “xroniki boykot”u əsas gətirərək, partiyadan istefa verməsi göstərir ki, Əli Kərimlinin bu siyasəti partiyada da narazılıq yaradıb. socar vakansiya
Əli Kərimliyə etiraz olaraq istefa verən digər funksioner İlham Hüseyndir.
O bildirib ki, Asif Yusiflinin istefasından ruhlanaraq, bu addımı atır. Bu fakt Əli Kərimlinin AXCP-də diktator rejimi yaratdığının daha bir nümunəsidir.
Görünür, narazılar təkbaşına etiraz etməkdən qorxurlar. A.Yusiflinin bu addımı İlham Hüseyni etiraz etməyə ruhlandırıb. Məlumatlara görə, partiya daxilindəki etirazçılar yaxın günlərdə kütləvi şəkildə istefa verə bilərlər.
AXCP-nin dağılması təəccüblü deyil. Çünki Əli Kərimli 30 il ərzində partiyada monopoliya yaradıb və partiyanı “şəxsi biznesi” kimi idarə edir. Buna etiraz edənlərə qarşı da trol dəstələri ilə hücumlar təşkil edir, ləkələyir. Bir çoxlarının indiyə qədər susması da bu hücumlardan qorxması ilə bağlıdır.
İlham Hüseynin “Asif Yusifli məni ruhlandırdı” açıqlaması bu mənzərənin təsdiqidir. Artıq partiya funksionerləri Əli Kərimlinin onlardan şəxsi maraqları üçün istifadə etdiyni anlayır, onun çirkin oyunlarında iştirak etmək istəmirlər. Xüsusilə Əli Kərimlinin “müxalifətçiliyi” siyasi müstəvidən çıxararaq, dövlət maraqlarına qarşı yönəltməsi funksionerlər tərəfindən qəbul edilmir. İstefaların “xroniki boykot”la bağlı olduğu deyilsə də, gerçək səbəb Əli Kərimlinin anti-milli mövqeyi, Azərbaycana qarşı olan xarici qüvvələrlə işbirliyi, dövlət maraqlarını satması, eyni zamanda, partiyada yaratdığı avtoritar rejimlə funksionerləri də xəyanətə sövq etməsidir. /Demokrat.az
Telegram kanalımız