AZ

KREML ÜÇÜN “TOROPETS SİQNALI”... - Ukraynanı taqətdən salmaq istəyən Rusiyanı daha hansı tələlər gözləyir?

Tver vilayətinin Toropets şəhəri yaxınlığında yerləşən böyük silah anbarına edilən dron hücumları yaxın perspektivdə Rusiyanın nəinki hərbi, eyni zamanda ictimai-siyasi sistemində dərin çatlar yaranacağının işarəsdir. Ukrayna dronlarının bu anbara hücumu Rusiyanın hətta strateji mövqeyinin sarsıdılması kimi dəyərləndirilə bilər. Niyə?

İlkin olaraq diqqətimizi dron zərbələrinin törətdiyi fəsadlara yönəldək. Orada nə baş verib? Həmin anbarda “S-300” Zenit Raket Komplekslərinin raketləri, “İskəndər” raketləri, ”KAB” tənzimləyici aviasiya bombları, 152 mm-lik artilleriya mərmiləri də daxil olmaqla 30 min ton mərmi və raket saxlanılırmış.

Məlum olur ki, 2015-ci ildə istifadəyə verilmiş bu silah-sursat anbarı “Raketlərin, mərmilərin və partlayıcı maddələrin saxlanılmasının təkmilləşdirilməsi” proqramı çərçivəsində 3,6 milyard rubla başa gəlib. Taleyin oyunu elə gətirib ki, Ukraynanın “denasifikasiyası və demilitarizasiyası” üçün başladılımış müharibə artıq yavaş-yavaş Rusiyanı öz ağuşuna alır.

Sözsüz ki, ”Rusiyanı nə gözləyir?” sualına cavabı ölkənin məsuliyyətini öz üzərinə götürmüş Vladimir Putin verməldir. Kreml rəhbərinin son müsahibəsində onun xeyli narahatlıq keçirdiyi aydın görünürdü. Ancaq Putinin danışığından onun öz strateji planının yanlışlığını hələ ki, tam mənası ilə anlamadığı və ya nəyə görəsə inad etdiyi, anlamaq istəmədiyi qənaəti formalaşır.

Qərb Ukraynaya lazımi kömək göstrəmədiyi bir vəziyyətdə Rusiya silahlı güclərinin böyük potensialı məhv edilirsə, onda Qərbin daha geniş miqyaslı yardımları olacağı təqdirdə nələrin baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Şübhəsiz ki, Toropets silah anbarının məhv edilməsi ilə Rusiya ordusu tamamilə mərmisiz, raketsiz qalmayacaq. Nəzərə alaq ki, Rusiyanın geniş ərazsində çoxlu sayda hərbi obyektlər var və bunların bir hissəsi Uraldan şərqdə yerləşdirilib. Hazırda Rusiya hərb sənayesi uzunmüddətli müharibə üçün kifayət sayda ballistik “İskəndər M”, qanadlı “Kalibr”, ”X-101”, “Oniks” və o cümlədən “Kinjal” hipersəs (ruslar bunu hipersəs adlandırır) kimi raketlər istehsal edə bilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
azpolitika.info

1Mənbələr