AZ

Avropa Parlamenti Maduronun həbsinə çağırış edib

Avropa Parlamenti (AP) Venesuela Prezidenti Nikolas Maduronun həbsinə beynəlxalq order verilməsinə və müxalifət lideri Edmundo Qonsales Urrutianın dövlət başçısı kimi tanınmasına çağırıb.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında qəbul edilmiş qətnamədə deyilir.

AP-nin deputatları həmçinin səslərin hesablanmasında şəffaflığı kifayət qədər təmin etmədiyi ehtimal olunan Venesuela Milli Seçki Şurasının üzvlərinə qarşı sanksiyaların bərpasına və ölkə hakimiyyətinə qarşı məhdudiyyətlərin gücləndirilməsinə çağırıblar.

Bundan əlavə, deputatlar Qonsales Urrutianın Venesuelanın qanuni prezidenti kimi tanındığını elan ediblər. Onlar bütün Aİ ölkələrini rəsmi olaraq bu mövqedən çıxış etməyə və onun 2025-ci il yanvarın 10-dan vəzifəsinin icrasına başlamasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırıblar.

Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Seçkilərdə vətəndaşların 51,95 %-i Maduroya, 43,18 %-i isə Qonsales Urrutiaya səs verib.

Seçilən
18
7
adalet.az

8Mənbələr