İsrail HƏMAS-la atəşkəsə dair ABŞ rəhbərliyinə yeni təkliflər planı təqdim edib.
NOCOMMENT.az xəbər verir ki, “Kan” şirkətinin saytı sentyabrın 19-da həmin şərtləri ixtisarla yayıb.
Məlumata görə, planın əsas maddələri bunlardır:
– sağ qalan girovlar və ölənlərin meyitləri qaytarılsın (bu bənd yüzdən çox sağ və meyitə aiddir);
– HƏMAS Siyasi bürosunun baş katibi Yəhya Sinvarın və onunla birlikdə olanların Qəzza zolağından təhlükəsiz çıxmasına təminat;
– Fələstinli məhbusların sərbəst buraxılması (sərbəst buraxılacaq məhbusların sayı və kimliyi barədə məlumat yayılmayıb);
– Qəzza zolağının demilitarizasiyası və regiona yeni nəzarət mexanizminin qurulması;
– Müharibənin başa çatması.
HƏMAS hələ ki, bu informasiyanı şərh etməyib. Bir müddət əvvəl İsrailin irəli sürdüyü istənilən təkliflər HƏMAS tərəfindən etirazla qarşılanıb.