AZ

Avropa Parlamenti Ukraynanı Rusiyanın dərinliklərini vurmağa çağıran qətnamə qəbul edib

Strasburqda keçirilən plenar iclasda Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynanın Rusiya ərazilərinə endirdiyi zərbələrə dair məhdudiyyətləri aradan qaldırmağa çağıran qətnamə qəbul ediblər. Bununla bağlı sentyabrın 19-da səsvermə keçirilib.

Məlumatı “İzvestiya.ru” verib.

“Qətnamədə Avropa Parlamentinin üzvləri Aİ ölkələrindən Ukraynanın Rusiyadakı qanuni hərbi hədəflərə qarşı Qərb silah sistemlərindən istifadə etməsinə mane olan mövcud məhdudiyyətləri aradan qaldırmağı tələb edirlər”, - Avropa Parlamentinin saytında dərc olunan sənəddə bildirilir. 

Deputatların fikrincə, həm Qərb ölkələrinin tətbiq etdiyi məhdudiyyətlər, həm də kifayət qədər silah tədarük edilməməsi “səylərin nəticələrini heçə endirmək riski daşıyır”.

  

P.ƏMİRCANOV

XQ

 

Seçilən
36
xalqqazeti.az

1Mənbələr