AZ

Qazlı içkilər insult riskini artırır

Alimlər qazlı içkilərin istehlakının insult riskini əhəmiyyətli dərəcədə artırdığını açıqlayıblar.

Turkustan.az xəbər verir ki, “The Lancet Neurology” jurnalında dərc edilən araşdırmada qazlı içkilərin qəbulu və "Omeqa-6" yağ turşuları az olan qidaların insult riskini ciddi şəkildə artırdığı sübut edilib.

İnsult riskini artıran digər amillər arasında havanın çirklənməsi, yüksək qan təzyiqi, siqaret, oturaq həyat tərzi və yüksək xolesterinin adıçəkilib.

Əvvəlki araşdırmalar meyvə və tərəvəzlərin müntəzəm istehlakının insult riskini 13 faiz azaltdığını göstərib.

Britaniyalı ekspertlər həddindən artıq qazlı içki qəbul edən şəxslərin meyvə-tərəvəz istehlakının ümumiyyətlə qeyri-kafi olduğunu və bunun da bir çox sağlamlıq problemlərini gətirdiyini bildirib.

Bundan əlavə, işlənmiş qidalar da insult üçün başqa bir risk faktoru kimi müəyyən edilmişdir. Xüsusilə istehlak edildikdən sonra saxlanılan ətdə yüksək miqdarda duz var ki, bu da yüksək təzyiq riskini gətirir.

Tort və peçenye kimi qablaşdırılmış qidalarda çox rast gəlinən trans yağların bədəndəki iltihabı əhəmiyyətli dərəcədə artırdığı, damarların daxili qişasını zədələdiyi və pis xolesterinin səviyyəsini artırdığı da ifadə edilib./Cebheinfo.az/

Seçilən
9
1
turkustan.az

2Mənbələr