AZ

Fantastik əməliyyat: İsrail “Hizbullah”ı belə bitirir

“Hizbullah” terror təşkilatı (Livan) İsrailin texnoloji hücumlarında daha 5 üzvünün öldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, açıqlama dünən “Hizbullah” üzvlərinin daşıdıqları rabitə vasitələrinin (əsasən peycer) partlamasından sonra gəlib.

Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, son iki gündə bu şəkildə ölən “Hizbullah” üzvlərinin sayı 25-ə çatıb, 500-ə yaxını isə yaralanıb.

Livanda peycerlərin kütləvi şəkildə partlaması ilə bağlı ilk olay sentyabrın 17-də Beyrutda baş verib. Hadisə nəticəsində 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Olayda yaralananlar arasında İranın bu ölkədəki səfiri Müctəba Əmani də olub. Silsilə partlayışlar dünən davam edib.

Livan və İran partlayışlara görə İsraili günahlandırır. (teleqraf.com)

Seçilən
2
1
turkustan.az

2Mənbələr