AZ

Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu

Bakı. Trend:

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olanSilk Way West Airlines 2024-cü ilin noyabr ayında Bakıdakeçiriləcək COP29 tədbirinin Qlobal Hava Yükdaşıma Partnyoru kimiiştirakını fəxrlə elan edir. Bu tərəfdaşlıq aviaşirkətindavamlılığa və ekoloji məsuliyyətə olan sadiqliyini vurğulayır,qlobal iqlim dəyişikliyinə qarşı mübarizə səyləri ilə uyğunlaşır vəeyni zamanda Azərbaycanın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylikili” kimi elan etməsinə müvafiqdir.

“Yaşıl dünya naminə həmrəylik ili” ətraf mühitin qorunmasınıdəstəkləyən bir sıra təşəbbüsləri əhatə edir və Azərbaycan xalqınındavamlı inkişafa olan sadiqliyini nümayiş etdirir. Silk Way WestAirlines bu təşəbbüsləri tam dəstəkləyir və ölkənin daha yaşılgələcəyə dair baxışları ilə tam uyğun olduğunu bir dahatəsdiqləyir.

Qlobal Hava Yükdaşıma Partnyoru kimi Silk Way West AirlinesCOP29 üçün zəruri materialların və avadanlıqların effektivdaşınmasını təmin edəcək. Bu vəzifə aviaşirkətin qlobal ekolojiməqsədlərə nail olması üçün verdiyi töhfəni bir dahavurğulayır.

Silk Way West Airlines üçün COP29 qlobal lider, innovator vəsiyasətçilərlə əməkdaşlıq edərək, öz ekoloji təşəbbüslərini irəlisürmək və davamlı logistikanın gələcəyi ilə bağlı əhəmiyyətlimüzakirələrdə iştirak etmək üçün unikal bir platformadır. Qlobalticarətin kəsişməsində fəaliyyət göstərən bir şirkət kimi, Silk WayWest Airlines öz ekoloji təsirini azaltmaq və yaşıl logistikahəllərini inkişaf etdirməkdə önəmli rol oynayır. COP29-a qoşulmaqlaaviaşirkət Bakıdakı strateji hab vasitəsilə Şərq və Qərbibirləşdirmək missiyasına əsasən aviasiya və logistika sektorlarındadavamlı gələcəyi təşviq etmək vizyonunu davam etdirir.

Silk Way Group-un prezidenti Zaur Axundov qeyd etdi: "QlobalHava Yükdaşıma Partnyoru kimi xidmət göstərməkdən şərəf duyuruq.Davamlılıq Silk Way West Airlines fəaliyyətinin qəlbindədir və butərəfdaşlıq hava yükdaşıma sahəsində ətraf mühitə təsiri azaltmaqöhdəliyimizi təsdiq edir. Bu mühüm tədbirdə iştirak etməklə bizqlobal logistika sənayesi üçün daha yaşıl bir gələcəyə töhfəverməyi və Azərbaycanın ətraf mühit məqsədlərini dəstəkləməyihədəfləyirik."

Silk Way West Airlines-ın davamlılıq strategiyasının əsassütunlarından biri onun təyyarə parkının yenilənməsi planıdır, vəona əsasən 2030-cu ilədək səkkiz müasir təyyarə istifadəyəveriləcək. Bu təyyarələr arasında dörd Boeing 777F, iki Boeing777-8F və iki Airbus A350F yer alır, hansılar ki, tullantılarınəhəmiyyətli dərəcədə azaldılmasına və əməliyyatlarıneffektivliyinin artırılmasına kömək edəcək.

Silk Way West Airlines haqqında:

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıdaqoyulmuş Silk Way West Airlines Heydər Əliyev BeynəlxalqAeroportunda yerləşən 12 müasir Boeing 777F, Boeing 747-8F və747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlifölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, Silk WayWest Airlines 2030-cu ilə qədər donanmasını dörd Boeing 777F, ikiBoeing 777-8F və iki Airbus A350F daxil olmaqla müasir yüktəyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsiləqlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondanartıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDBölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çoxistiqaməti əhatə edir.

Məqalədə:
Seçilən
8
9
az.trend.az

9Mənbələr