AZ

İtaliyada daşqınlar ciddi fəsadlara səbəb olub, minlərlə insan təxliyə edilib

İtaliyada yağan güclü yağışlar Emiliya-Romanya bölgəsində sel və daşqınlara səbəb olub.

E-huquq.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, "Boris" qasırğası İtaliyanın Emiliya-Romagna bölgəsində ciddi fəsadlar törədib.

Qasırğanın çay və dərələrdə daşqınlara səbəb olduğu bildirilib.

Ravenna şəhəri yaxınlığındakı Senio çayında daşqın nəticəsində mərkəz hissə su altında qalıb.

Bolonya ətrafında yaşayan 165 nəfər evlərini tərk etməli olub.

Bölgədə təxliyə edilənlərin sayı mini keçib.

Mülki Müdafiə və Yanğından Mühafizə İdarəsi çayın kənarında yaşayan insanlara xəbərdarlıq edib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Bolonya, Çesena, Forli, Rimini və Ravenna məktəblərində bu günlük tədris dayandırılıb, bölgədəki 5 dəmir yolu xəttində reyslər təxirə salınıb.

Baş nazirliyin Mülki Müdafiə Departamenti Emilia-Romagna bölgəsi üçün "qırmızı" xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Seçilən
23
e-huquq.az

1Mənbələr