AZ

Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Bakı, 19 sentyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev özünüməşğulluq proqramı çərçivəsində Göygöl şəhər sakinləri – Həsənova Ziyafət Cəfər qızı və Allahverdiyeva Vüsalə Amin qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Z.Həsənova un məmulatları istehsalı, V.Allahverdiyeva isə qadın gözəllik salonu üzrə aktivlərlə təmin olunublar.

Onlar işsiz şəxslərə kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, ötən dövrdə Göygöl rayonunda 1060 işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.

Seçilən
55
8
azertag.az

9Mənbələr