Bakı. Trend:
Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalqtəşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir.
Bu barədə Trend-ə BaşProkurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, cari ilin 16-19 sentyabr tarixlərində İqtisadiƏməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransanın Parisşəhərindəki mənzil qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrəAntikorrupsiya Şəbəkəsinin (ACN) 23-cü Plenar iclası və Şəbəkəninİdarə Heyətinin 29-cu görüşü keçirilib.
Qeyd edilən tədbirlərdə Azərbaycanı Baş prokurorunun müavini -Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininrəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi, Baş İdarənin Preventivtədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev və Təşkilativə informasiya təminatı idarəsinin prokuroru Nicat Nağıyevdənibarət nümayəndə heyəti tərəfindən təmsil olunub.
Plenar iclasda Şəbəkənin İstanbul Fəaliyyət Planının Vmonitorinq mərhələsi çərçivəsində Mərkəzi Asiya ölkələri üzrədəyərləndirmə hesabatları müzakirə edilərək qəbul edilib.
Ölkəmiz Özbəkistanda korrupsiyaya qarşı mübarizə sahəsindəhəyata keçirilmiş islahatların dəyərləndirilməsini nəzərdə tutanmilli hesabatın müzakirəsində məruzəçi qismində iştirak edib.
Bununla yanaşı, nümayəndə heyətinin üzvü Səbuhi AlıyevTacikistanın korrupsiyaya qarşı mübarizə tədbirlərinin beynəlxalqstandartlara uyğunluğunun dəyərləndirilməsində ekspert qismindəiştirak edib.
Bundan əlavə, nümayəndə heyətimiz Şəbəkənin İdarə Heyətininiclasında çıxış edərək son dövrdə ölkəmizdə korrupsiya və oxşarneqativ halların qarşısının alınması və ona qarşı mübarizə iləbağlı həyata keçirilmiş tədbirlər barəsində məlumat verib.