Şotlandiyanın "Morton" klubunda çıxış edən sabiq “Arsenal”lı Cey Emanuel Tomas həbs olunub.
Fanat.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Xəbərə görə, 33 yaşlı futbolçu narkotik maddənin dövriyyəsində ittiham olunaraq dəmir barmaqlıqlar arasına salınıb.
Belə ki, o, sentyabrın 2-də Bankonkdan Böyük Britaniyaya qayıdarkən Milli Cinayət Agentliyinin (NCA) əməkdaşları tərəfindən hava limanında saxlanılıb. Cey və onunla olan 2 qadının çantasında təxmini dəyəri 600 min funt-sterlinq olan 60 kq narkotik maddə aşkarlanıb.
Qeyd edək ki, Cey Emanuel Tomas “Arsenal”ın akademiyasının yetirməsidir. O, London klubu ilə yanaşı, “İpsviç Taun”, “Bristol Siti”, KPR (hamısı İngiltərə) və Tailandın “PTT Rayonq” klublarının şərəfini qoruyub. Hücumçu bu mövsüm Şotlandiya Çempionşipində 5 oyun keçirib və fərqlənə bilməyib.
Mirağa