Mədəniyyət Nazirliyi Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operamızın banisi Üzeyir Hacıbəyovun Hadrutda çalışdığı məktəblə bağlı süjet hazırlayıb.
Modern.az-ın məlumatına görə, süjetdə qeyd edilib ki, sözügedən təhsil ocağı Qarabağın tarixi memarlıq tərzinə uyğun inşa edilib və Üzeyir Hacıbəyovun ilk dəfə müəllim kimi fəaliyyətə başladığı binadır.
Dahi bəstəkar 1904-cü ildən 1905-ci ilədək bu binada dərs deyib və həmin ildən sonra Üzeyir bəyin burada müəllim kimi çalışması artıq mümkün olmayıb.
Həmin məktəb binasından görüntüləri təqdim edirik: