Bakı. Trend:
Ölkəmizin hərtərəfli inkişafında, dünya miqyasında əldə etdiyinailiyyətlərdə, habelə regionda lider statusunu qazanmasında vəbeynəlxalq mövqelərinin yüksəlməsində, təbii ki, iqtisadi amilinrolu böyükdür. Uğurla inkişaf edən Azərbaycan iqtisadiyyatınıngöstəriciləri ilbəil yüksəlib, dünyada baş verən ağır böhranlarabaxmayaraq, davamlı xarakter daşıyıb və xalqımızın rifahına xidmətgöstərib. Sözsüz ki, rəqabətə davamlı iqtisadi inkişafın təminolunmasında dövlətimizin enerji siyasəti böyük pay sahibidir və busiyasətin müəllifi də məhz Ulu Öndər Heydər Əliyev olub. ÜmummilliLiderimiz xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətəgələndən sonra müəyyənləşdirdiyi neft strategiyası qüdrətli,davamlı iqtisadi inkişafa malik Azərbaycanı hədəfləyirdi. Onunbilavasitə rəhbərliyi ilə Azərbaycan bu sahədə tarixi uğura imzaataraq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”,“Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının birhissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqındaSaziş imzaladı. Siyasi və qlobal əhəmiyyətinə görə, "Əsrinmüqaviləsi" adlanan sazişin imzalanmasında 7 ölkədən dünyanınnüfuzlu 11 neft şirkəti iştirak edib. Azərbaycanın enerjisiyasətində tarixi dönüşə səbəb olan bu müqavilə ölkəmizə böyüknüfuz gətirdi, dünyaya inteqrasiyasına, dövlətlərarasımünasibətlərin qurulmasına və inkişafına kömək etdi.
Bu fikirləri Trend-əaçıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) sədri Sahib Məmmədov deyib.
“Bildiyimiz kimi, həmin vaxtlar Azərbaycan cəmi 3 il idimüstəqillik qazanmışdı, ölkəmiz üçün təhlükələr hələ tam aradanqalxmamışdı. Həmçinin Xəzər dənizi ilə bağlı ətraf ölkələr arasındaiddialar qalmaqda idi. Son dərəcə belə çətin və riskli dönəmdədünyanın nüfuzlu şirkətlərinin bu müqaviləni imzalaması,Azərbaycanın neft sektoruna investisiyalar yatırması bilavasitə UluÖndər Heydər Əliyevin şəxsi nüfuzu, onun fəaliyyətinə və müdrikrəhbərliyinə olan dərin inamla bağlı idi. Onlar əmin idilər ki,böyük siyasətçi Heydər Əliyevin imzası dəyişməzdir, Azərbaycanmüqavilənin şərtlərinə görə, üzərinə düşən bütün öhdəliklərivaxtında və layiqincə yerinə yetirəcək. Yeri gəlmişkən, hələ ovaxta qədər postsovet dövlətləri arasında xarici neft şirkətləriilə belə bir beynəlxalq müqavilə bağlayan olmamışdı, bunu ilkolaraq Azərbaycan etdi. Hadisələrin sonrakı gedişi göstərdi ki,müstəqil Azərbaycanın ilk enerji sazişi olan “Əsrin müqaviləsi”gözləntiləri artıqlaması ilə doğrultdu, ölkəmiz dünyanın enerjitəhlükəsizliyində əhəmiyyətli rola malik aktora çevrildi. Layihənineffektiv həyata keçirilməsi ölkəmizin maliyyə imkanlarını artırdı,iqtisadiyyatımızı gücləndirdi, iş yerlərinin açılmasına, sahə üzrəyüksək ixtisaslı mütəxəssislərin yetişməsinə şərait yaratdı, eləcədə digər dövlətlərlə ticarət əlaqələrinin qurulmasına və inkişafınatəkan verdi”, - Konfederasiya sədri qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət gördü ki, Azərbaycandövləti öz təbii sərvətlərinin sahibidir, suveren hüquqlarınıqətiyyətlə qoruyur, bunlardan səmərəli, xalqının mənafeyi naminəistifadə edir: “Sonralar ölkəmiz bu istiqamətdə daha uğurlulayihələrə imza atdı, neft hasilatı dəfələrlə yüksəldi. Artıq dünyabazarına nəql üçün yeni marşrutlar üzərində işləməyə başlanıldı.Çünki Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri artıq artanyükü daşımaq imkanında deyildilər. Odur ki, Azərbaycanın neftstrategiyasının banisi Ulu Öndərimiz Heydər ƏliyevBakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsitəşəbbüsü ilə çıxış etdi və 2002-ci ildə kəmərin təməli qoyuldu. Bugün isə BTC-nin faydalarını saymaqla qurtarmaq olmaz, ümumiyyətlə,regionun inkişafına, ölkələr arasında münasibətlərə təsiriböyükdür. 2017-ci ildə dövlətimizin başçısı cənab İlham Əliyeviniştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsininbirgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəlişedilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı. Bu, Azərbaycanınneft tarixində növbəti əlamətdar hadisə idi və bununla ölkəmizenerji siyasətində yeni inkişaf mərhələsinə qədəm qoydu. “YeniƏsrin müqaviləsi”ndə nəzərdə tutulan şərtlər ölkəmiz üçün dahasəmərəli idi və perspektivləri çoxdur”.
“Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın enerjisiyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən yeni geosiyasivə geoiqtisadi şəraitə uyğunlaşdırılaraq daha da inkişaf etdirilib,imkanları dəfələrlə genişləndirilib. Zəngin karbohidrogenehtiyatlarına və inkişaf etmiş yanacaq-energetika infrastrukturunamalik olan ölkəmiz bu gün regionun enerji mərkəzinə çevrilib,dünyada baş verən mürəkkəb proseslər fonunda bu sahədə yaşananböhranda xilaskar missiyasını yerinə yetirir. Azərbaycanıntəşəbbüsü ilə ərsəyə gələn layihələr Avropaya işıq saçır, qocaqitənin enerji təminatına əhəmiyyətli dərəcədə töhfələr verir. Bugün Azərbaycan həm də müasir dövrün reallıqlarından və özününpotensialından çıxış edərək yaşıl enerjiyə sürətli keçid edir,hətta bu istiqamətdə lider ölkələr sırasındadır. Əminik ki,günü-gündən inkişaf edən, dünyada böyük söz sahibi olan Azərbaycanyaxın gələcəkdə dövlətimizin başçısı cənab İlham Əliyevinrəhbərliyi ilə qarşıda duran bütün hədəflərinə çatacaq”, - AHİKsədri Sahib Məmmədov vurğulayıb.