Alyans Çinlə əməkdaşlıq edərkən təhlükəsizlik maraqlarını qısamüddətli iqtisadi faydalar üçün qurban verməməlidir.
Bu barədə Alyansın səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq Brüsseldə vida nitqində bildirib.
Siyasətçinin fikrincə, NATO-nun müstəqilliyi azad ticarətdən daha yüksək prioritetdir.
"Biz qısamüddətli iqtisadi maraqlar üçün uzunmüddətli təhlükəsizlik maraqlarını alver etməməliyik",- deyə alyansın baş katibi qeyd edib.