AZ

Zaxarova Paşinyana "xəstə düşüncəli" dedi - DOLAYISIYLA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova Avrasiya Qadınlar Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin suverenliyinə təhlükə ilə bağlı bəyanatlarına “sağlam düşüncəyə ziddir”, qiyməti verib.

“Əgər onlar (ermənilər) qalırlarsa, deməli, bunda hansısa məqsədəuyğunluq görürlər. Eyni zamanda KTMT-nin Ermənistanı tərk etdiyini bildirdilər. Bütün bunlar sağlam düşüncəyə və məntiqə ziddir”, - deyə o bildirib.

Musavat.com xatırladır ki, Paşinyan sentyabrın 18-də ölkəsinin KTMT ilə münasibətlərdə “geri dönüş nöqtəsi”nə yaxın olduğunu bildirib. O, təşkilatda iştirakın dondurulması qərarını KTMT-nin “Ermənistanın təhlükəsizliyinə, onun suverenliyinə və dövlətçiliyinə təhdid yaratması” ilə izah edib. Nikol Paşinyan bildirib ki, Ermənistan bu il Avropa Birliyinə üzv olmaq istəyir.

Qənaətimizə görə, Zaxarovanın açıqlaması dolayısıyla Paşinyana "xəstə düşüncəli" deməsinə adekvatdır.

Musavat.com

Seçilən
7
1
musavat.com

3Mənbələr