Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın bəzi rayonlarında bu ilin iyun ayında baş vermiş təbiət hadisəsi nəticəsində evlərə dəymiş zərərin aradan qaldırılması istiqamətində işlərə başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı tender elan edib.
Tenderə əsasən, Ağstafa, Gəncə, Yevlax, Goranboy, Mingəçevir, Qazax, Göygöl, Daşkəsən, Tovuz və Samux rayonlarında 18-20-21 iyun 2024-cü il tarixlərində baş vermiş təbiət hadisələri (güclü küləklər və qasırğa) nəticəsində ziyan dəymiş zərərçəkmişlərə yardım üçün tikinti materialları (taxta) alınır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta