Londonun ICE birjasında "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 2024-cü il sentyabrın 3-dən bəri ilk dəfə bir barel üçün 75 dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə Bakı vaxtı ilə saat 19:34-ə olan birja məlumatlarında qeyd edilib.
Bildirilib ki, "Brent" markalı neftin qiyməti 2,65% artaraq 75,07 dollar/barelə çatıb.
Bakı vaxtı ilə saat 19:54-də "Brent" fyuçersləri artımı sürətləndirib və 75,09 dollar (+2,68%) səviyyəsində ticarət edilib.