AZ

“Hizbullah” Qolan təpələrinə 40-dan çox raket atıb

“Hizbullah”ın silahlı dəstələri işğal altındakı Qolan təpələri və Yuxarı Qalileydə İsrail ordusunun mövqelərinə raket zərbələri endirib.

Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, müqavimət qüvvələri İsrailin şimal bölgələrinə reaktiv yaylım atəşi sistemlərindən ən azı 40 mərmi atıblar, daha 20 mərmi Qərbi Qalileydəki ərazilərə düşüb.

Məlumata görə, hücumlar “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) Beyrutda çıxışının başlamasına təxminən yarım saat qalmış başlayıb.

"Cebheinfo.az"

Seçilən
6
2
cebheinfo.az

4Mənbələr