Azərbaycanda dövlət suverenliyin günü təsis edilib.
Xəbər verdiyimiz kimi, bununla bağlı Dövlət başçısı sərəncam imzalayıb.
Belə ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilirdi. Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı.
Ordumuz düşmənin bədxah niyyətindən xəbərdar idi və bu dözülməz vəziyyətə son qoymağın vaxtı çatmışdı. Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı.
VI çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev antiterror əməliyyatlarının beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində müharibə qanunları pozulmadan keçirildiyini bildirib.
Arzu Nağıyev separatçı dəstələrin qanunsuz əməllərinin qarşısının qətiyyətlə alındığı deyib.
Onu da deyək ki, cəmi bir sutka ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizləndi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.