Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə ilə əlaqədar həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, sentyabrın 19-da prokurorluq əməkdaşları paytaxtda yerləşən uşaq və körpələr evlərini ziyarət edib.
Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Ziyarət çərçivəsində, prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri, onların təlim-tədris proqramı ilə maraqlanıb, uşaqlara hədiyyə və dərs ləvazimatları təqdim edib.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.