“iPhone 16” smartfonu Rusiyada qlobal satışa başlamazdan bir gün əvvəl təqdim olunub.
Bu barədə Gazeta.Ru MTS şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Yeni məhsullara tələbat keçən il iPhone 15 üçün ilkin sifarişlərin ilk həftəsi ilə müqayisədə demək olar ki, beş dəfə çox idi”, – MTS bildirib.
Qeyd olunur ki, iPhone 16 üçün ilk öncədən sifarişlər sentyabrın 21 və 22-də veriləcək. Onların qiyməti Apple iPhone 16 üçün 114 990 ilə 159 990 rubl, Apple iPhone Plus 16 üçün 134 990 ilə 179 990 rubl arasında dəyişir.
Bundan əvvəl Amerikanın “Apple” şirkətinin iPhone 16 smartfonlarının yenilənmiş xəttini təqdim etdiyi bildirilirdi.
Mənbə RİA Novosti