AZ

“Xiaomi” “Apple”ı geridə qoydu

"Xiaomi" bu ilin avqustunda "Apple"ı geridə qoyaraq dünyada ikinci ən böyük smartfon brendi olub.

Turkustan.Az-ın İxbt.com-a istinadən xəbərinə görə, bu barədə "Counterpoint Research" tədqiqat təşkilatının yeni hesabatında bildirilib.

"Xiaomi"nin smartfonlarının satışları 2024-cü ilin avqustunda sabit qalıb, "Apple" isə eyni dövrdə mövsümi azalma göstərib. 2022-ci ildən 2023-cü ilin birinci yarısına qədər "Xiaomi" mobil telefonları tədarük zəncirində çətinliklərlə üzləşib (eyni problemlə digər istehsalçılar da qarşılaşıb), lakin şirkət məhsul, satış və paylama kanalları strategiyasına düzəlişlər edib ki, bu da qeyd edilən nəticəyə gətirib çıxarıb./Oxu.Az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
7
turkustan.az

10Mənbələr