AZ

"Irshad Electronics" işçilər axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYALAR

Irshad Electronics

Baş Mühasib

Son tarix 19 okt 2024 - [email protected]

Vəzifə və öhdəliklər:

  • Balans, Mənfəət və Zərər, dövlət qurumlarına olan hesabatları vaxtında tərtib və təqdim etmək;
  • Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;
  • Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
  • Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək.

Tələb olunan :

  • Ali təhsil - Maliyyə üzrə mütləqdir; 
  • Qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
  • Peşakar mühasib sertifikatı mütləqdir


CV-ləri  şəkil əlavə etməklə mövzü bölməsində "Baş mühasib" qeyd edərək [email protected] ünvanına göndərin.

 

Xaçmaz Direktor

 Son tarix 19 okt 2024  - [email protected]

Vəzifə və öhdəliklər:

  • Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
  • Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
  • Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
  • Mağazada məhsul qalığına nəzarət edilməsi;
  • Daxili standratlara uyğun olaraq rəf düzülüşünə nəzarət etmək;
  • Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
  • Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək;
  • Cari tapşırıqları həll etmək;

Tələblər:

  • Yaş – 30 -40
  • İş təcrübəsi 3 -6 il
  • Ali təhsil;
  • Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
  • İşgüzar davranış etikasını;
  • Satış texnikası və prinsip bilikləri;
  • Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodları biliyi;
  • Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli;
  • Kompüter bilikləri (MS Office).
  • 1C proqramı ilə işləmə bacarığı arzu olunandır

CV-ləri  şəkil əlavə etməklə mövzü bölməsində “Xaçmaz filial rəhbəri” qeyd edərək e-mail ünvanına göndərin.

Əmək haqqı 1200Azn+bonus

Seçilən
33
1
fed.az

2Mənbələr