Məşhur fransız hücumçu Antoni Marsialın Yunanıstanın AEK klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, fransız buna qədər "Mançester Yunayted", "Sevilya", "Monako" və "Lion"da çıxış etməyi bacarıb.Karyerasında 403 matça çıxan Marsial 106 qol vurub, 56 məhsuldar ötürmə edib.