Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Kosalar kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 38 yaşlı Xəlilova Günel Məhərrəm qızını vurub.
Qadın xəstəxanaya aparılarkən yolda ölüb.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.