ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskini sentyabrın 26-da Vaşinqtonda qəbul edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prezidentliyə namizəd Kamala Harrisin Ukrayna rəhbəri ilə ayrıca görüşü planlaşdırılır.
Qeyd olunur ki, tərəflər Moskva və Kiyev arasındakı münaqişəni, həmçinin Ukrayna üçün strateji planlaşdırma və ABŞ-ın dəstəyini müzakirə edəcəklər.