Bakı. Trend:
Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) Azərbaycanla sıxəməkdaşlığı davam edir.
Trend xəbərverir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi özünün "X"sosial şəbəkəsindəki hesabında yazıb.
"Nüvə enerjisini inkişafının sürətləndirilməsi üzrə COP28-daqəbul edilən qərara əsaslanaraq, biz indi Bakıda keçiriləcəkCOP29-u səbirsizliklə gözləyirik. Bu gün AEBA-nın Azərbaycandakeçirilən Baş Konfransında dediyim kimi: emissiyasız dünyanıntəcili olaraq nüvə enerjisinə ehtiyacı var. Dayanıqlı enerjigələcəyi istiqamətində çalışarkən Azərbaycanla sıx əməkdaşlığımızdavam edir", - deyə, R.Qrossi bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.