AZ

Göz yorğunluğunu aradan qaldıran 5 üsul

Eynəkdən istifadə etmək, tez-tez kompüter ekranına baxmaq və ya gözləri yoran sənədləşmə işləri kimi bir çox şey göz yorğunluğuna səbəb ola bilər. 

News24.az xəbər verir ki, göz yorğunluğu qısa müddətdə sadəcə göz yorğunluğu olsa da, uzun müddətdə xroniki baş ağrıları kimi problemlərə səbəb ola biləcək bir problemdir.

Göz yorğunluğunu aradan qaldırmağa kömək edən təbii üsullar bunlardır:

Uzağa baxmaq: Mütəmadi olaraq diqqəti dəyişmək və gözlərinizi dincəlmək göz yorğunluğunun qarşısını alacaq. Bir saatda təxminən 5 dəqiqə sərf edərək fərqli məqamlara diqqət yetirməyə çalışın.

Göz damcılarından istifadə: Göz damcılarından istifadə göz yorğunluğundan qurtulmağa kömək edir. Göz quruluğunun qarşısını almaq üçün göz damcılarından istifadə edə bilərsiniz.

Eynək seçimi: Mütəxəssis həkimin rəhbərliyi ilə rahatlaşdırıcı və ya dərəcə eynəklər arasından ən uyğununu istifadə edib göz yorğunluğuna son verə bilərsiniz.

Havanın keyfiyyəti: Ətrafınızdakı havanı təmiz və düzgün nəm balansında saxlamaq göz quruluğunu aradan qaldırmağa kömək edir. Bu, göz yorğunluğunun qarşısını almaq üçün başqa bir üsuldur.

Çay paketi: Çay paketlərini istifadə etdikdən sonra gözlərinizə qoyaraq gözlərinizi dincələ bilərsiniz. Bu tətbiqin gün ərzində 30 dəqiqə təkrarlanması göz yorğunluğunu aradan qaldıracaq. Eyni zamanda, bu təbii üsul göz altındakı qara dairələri aradan qaldırmağa kömək edir.

Məryəm İlhamqızı


News24.az

Qaynar xətt: 099 270 77 77

Seçilən
21
news24.az

1Mənbələr