AZ

UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun daha 2 oyunu keçirilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun 2 oyunu keçirilib.

SeherXeber.org “Report”-a istinadən xəbər verir ki, Serbiyada "Srvena Zvezda" doğma meydanda Portuqaliyanın "Benfika" klubuna 1:2 hesabı ilə məğlub olub.

Almaniya təmsilçisi "Bayer 04" isə səfərdə Niderlandın "Feyenoord" komandasını 4:0 hesabı ilə üstələyib.

Saat 23:00-da keçiriləcək 4 qarşılaşmadan sonra Liqa mərhələsinin I turunun matçlarına yekun vurulacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

19 sentyabr

"Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya) 1:2

"Feyenoord" (Niderland) - "Bayer 04" (Almaniya) 0:4

23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)

23:00. "Atletik" (İspaniya) - "Leypitsiq" (Almaniya)

23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)

23:00. "Brest" (Fransa) - "Şturm (Avstriya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyunları oktyabrın 1-də başlayacaq.

Seçilən
26
25
seherxeber.org

10Mənbələr