UEFA "Barselona"ya qadağa qoyub.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin azarkeşləri "Monako" ilə qarşılaşmada nasist pankartı açıblar. Bu səbəbdən qurum "Barsa"nın növbət səfər oyununa tamaşaçı buraxılmamasını qərara alıb və klubu 10 000 avro cərimələyib.
Qeyd edək ki, komandanın Çempionlar Liqasında növbəti səfəri Serbiyaya olacaq. İspaniya nəhəngi noyabrın 6-da Liqa mərhələsinin III turu çərçivəsində "Srvena Zvezda" ilə üz-üzə gələcək.