Pentaqon Ukrayna Silahlı Qüvvələrinin insan hüquqlarını kobud şəkildə poza bilən bölməsinə təlim keçib.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə departamentin baş müfəttişinin məxfilikdən çıxarılmış hesabatına istinadən məlumat yayıb.
“Pentaqon insan haqlarını kobud şəkildə poza biləcək Ukrayna bölməsinə təlim verməklə ayrılmış vəsaitdən sui-istifadə etmiş ola bilər”, – sənəddə deyilir.
Qeyd olunur ki, bu cür hərəkətlər insan hüquqlarını pozan xarici qüvvələrə hərbi yardım göstərilməsini qadağan edən Amerika qanunlarını pozur.