Müharibənin yeni mərhələsinə qədəm qoyan İsrail üçün əhəmiyyətli imkanlar, eyni zamanda böyük risklər mövcuddur.
Axar.az xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant deyib.
“Bu, müharibənin yeni mərhələsidir, əhəmiyyətli imkanlarla, həm də böyük risklərlə əlaqələndirilir. Hizbullah özünü təqib etdiyini hiss edir və hərbi əməliyyatlarımız davam edəcək.
Məqsədimiz şimal ərazilərin sakinlərini sağ-salamat evlərinə qaytarmaqdır. Zamanla Hizbullah getdikcə artan bədəli ödəyəcək. Eyni zamanda, girovların qaytarılması və HƏMAS-ın məhv edilməsi üçün səylərimizi davam etdirəcəyik”, - deyə nazir bildirib.