AZ

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bakı. Trend:

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərigünüdür.

Trend xəbərverir ki, bununla bağlı Prezident İlham Əliyev 18 sentyabr 2024-cüil tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmişəraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamdadəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan ordusuerməni silahlı birləşmələrinin təxribatları və terror aktlarınacavab olaraq lokal xarakterli antiterror tədbirləri başladaraq 24saatdan az müddətdə separatçıları təslim olmağa məcbur edib.

Beləliklə, ordumuz üçtərəfli bəyanatın müddəalarının təminolunmasını, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslıtəxribatların qarşısının alınmasını, Ermənistan silahlıqüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdənçıxarılmasını, onların hərbi infrastrukturununzərərsizləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə qayıdandinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülkiişçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təminolunmasını və Azərbaycan Respublikasının konstitusiya quruluşununbərpa edilməsini təmin edib.

Bundan sonra, sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəkiqondarma qurum özünü buraxdığını elan edib.

2023-cü ilin oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərə,Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində,Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində AzərbaycanRespublikasının Dövlət Bayrağını ucaldıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
13
az.trend.az

10Mənbələr