Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilir ki, hadisə Motlayataq kəndinin Üləsi adlanan ərazisində qeydə alınıb. İdarəetmədən çıxan minik avtomobili 100 metr hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü Şahin Şiriyev hadisə yerində ölüb. Avtomobildə olan Motlayataq kənd sakini, 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilir.